Bakıda 16 yolda tıxac var - Siyahı

18:29 - 11 İyun 2026 - AVTO

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. 

Hal-hazırda yollardakı vəziyyət: 

 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 6. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

 7. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

 8. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

 9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 11. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

 12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

 13. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;

 14. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

 15. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

 16. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti