Tramp İsrail və Türkiyə arasında münaqişə təhlükəsi görmür

21:45 - 10 İyun 2026 - DÜNYA

ABŞ prezidenti Donald Tramp İsrail və Türkiyə arasında münaqişə təhlükəsi görmədiyini və bu məsələ ilə bağlı Ankara ilə əlaqə saxlamağa hazır olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, o, Ağ Evdə iki ölkə arasında münaqişə ehtimalı ilə bağlı sualına cavabında deyib.

"Bu barədə heç nə eşitməmişəm. Əgər eşitsəydim, ona zəng edərdim və düşünürəm ki, hər şeyin qaydasında olduğundan əmin olardım. Düşünmürəm ki, bu, Türkiyə ilə baş verəcək. Mən prezident olduğum müddətdə baş verməyəcək. Çünki o mənə hörmət edir və mən də ona hörmət edirəm" -deyə ABŞ prezidenti vurğulayıb.

Xəbər xətti