Argentina milli futbol komandası yoldaşlıq oyununda İslandiyanı 3-0 hesabı ilə məğlub edib.
Ucnoqta.az xəbər verir ki, oyun ABŞ-da keçirilib.
Qolları Valentin Barko (8-ci dəqiqə), Lionel Messi (72, penalti) və Tiaqo Almada (86) vurub.
Səkkizqat "Qızıl top" mükafatçısı Messi 70-ci dəqiqədə əvəzedici heyətlə meydana daxil oldu. O, 25 mayda İnter Mayami və Filadelfiya 76ers arasında keçirilən Böyük Liqa Futbol (MLS) matçında zədə aldıqdan sonra ilk dəfə meydana çıxıb..