Azovda dron hücumuna məruz qalmış gəmidə daha 2 nəfərin nəşi tapılıb - XİN

12:41 - 9 İyun 2026 - Xəbər

5 iyun tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində gunorta radələrində ölkəmizə çatmaları gözlənilir.

Bu barədə Xarici İşlər Nazirliyindən Ucnoqta.az-a məlumat verilib.

Bildirilib ki, bununla yanaşı, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb.

“Müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi aşkarlanmış 4 nəfər vətəndaşımızın cənazələrinin və onları müşayiət edən Yeysk şəhərində qalan iki nəfər vətəndaşımızın yaxın günlərdə ölkəmizə yola salınması nəzərdə tutulur”, - Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Xəbər xətti