Ac qarına qəhvə içməyin - Diyetoloq

09:00 - 10 İyun 2026 - DİGƏR

Ac qarında olanda tərk etməli olduğunuz bəzi vərdişlər.

Ucnoqta.az bildirir ki, diyetoloq Puca Makhija deyir ki, oyandıqdan dərhal sonra çay və ya qəhvə içməməlisiniz.
"Səhər oyananda çay və ya qəhvə içməzdən əvvəl iki dəfə düşünün. Bir fincan qəhvə mədə turşuluğunu əhəmiyyətli dərəcədə artıra bilər", - deyə o qeyd edib.

Ac qarında spirtli içki içməməlisiniz. Alkoqol qida olmadan tez bir zamanda qan dövranına daxil olur və ağır intoksikasiyaya səbəb olur.
Digər bir pis vərdiş isə ac qarında saqqız çeynəməkdir.
"Saqqız əlavə mədə şirəsinin ifrazını stimullaşdırır. Bu, ac qarının selikli qişasına mənfi təsir göstərir və iltihab və xoralara səbəb ola bilər", - Puca izah edib.
Ac qarında mübahisə etməkdən də çəkinməlisiniz, çünki ac insanın qan şəkəri səviyyəsi aşağı olur və emosiyalara daha çox həssas olur. Vacib məsələləri həll etməzdən əvvəl sağlam qəlyanaltı etmək daha yaxşıdır.

Xəbər xətti