Hörmüz üzərində Amerika helikopterini İran vurub - Tramp

21:05 - 9 İyun 2026 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı üzərində Amerika Apaçi helikopterinin İran qüvvələri tərəfindən vurulduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, Amerika lideri TruthSocial sosial media platformasında yazıb. O, həmçinin bildirib ki, Amerika tərəfi cavab verməlidir.

"Gözəl hərbçilərimiz mənə bildirdilər ki, dünən gecə iranlılar Hörmüz boğazı üzərində patrul xidməti apararkən ən müasir "Apaçi" helikopterlərimizdən birini vurublar. Hər iki pilot sağ-salamatdır. Buna baxmayaraq, ABŞ bu hücuma cavab verməli olacaq", - deyə Tramp qeyd edib.

Xəbər xətti