Drona görə keçmiş prezidentə 30 il həbs cəzası verildi

07:19 - 12 İyun 2026 - DÜNYA

Birinci instansiya məhkəməsi Koreya Respublikasının keçmiş prezidenti Yun Sok Yolu hərbi vəziyyət elan etmək üçün bəhanə yaratmaq məqsədilə Pxenyana dronlar göndərdiyinə görə 30 il müddətinə azadlıqdan məhrum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

Seul Mərkəzi Rayon Məhkəməsi Yun Sok Yolu düşmənə kömək etməkdə və səlahiyyətlərindən sui-istifadə etməkdə günahkar bilib.

Düşmənə kömək etmək ittihamı, KXDR ilə birbaşa əlbir olmadan belə, Koreya Respublikasının hərbi maraqlarına zərər verildikdə istifadə olunur. 2024-cü ilin payızında Koreya Respublikasının ərazisindən Pxenyanın yaxınlığında vərəqələr paylamaq üçün bir neçə dron buraxılıb. Onlardan ən azı biri qəzaya uğrayıb və KXDR mühəndislərinin əlinə keçib.

"Bu əməliyyatın hərbi maraqlara vurduğu ziyanın səviyyəsi ciddi olmasa da, təqsirləndirilən şəxslər hərbi əməliyyatdan hərbi vəziyyət elan etmək üçün şərait yaratmaq məqsədilə istifadə edərək Şimali Koreyanı təhrik etməyə çalışıblar", - deyə hakim bildirib.

2024-cü ilin dekabr ayında Prezident Yun Sok Yol konstitusiyanı pozaraq hərbi vəziyyət elan etdi və bunun üçün sonradan hakimiyyətdən uzaqlaşdırıldı. 

Xəbər xətti