65 yaşlı kişi dənizdə boğuldu

12:15 - 12 İyun 2026 - HADİSƏ

Şüvəlanda dənizdə boğulma hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakini, 1960-cı il təvəllüdlü Şirzad Baba oğlu Əliyev dənizdə çimərkən boğularaq ölüb.

Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma rayon prokurorluğu tərəfindən aparılır.

Xəbər xətti