Bu müəllimlər üçün əlavə imtiyazlar nəzərdə tutulur - Nazir

11:56 - 13 İyun 2026 - SİYASƏT

“Biz ötən ildən başlayaraq tam orta təhsil modelini tətbiq edirik. Bu il model daha da təkmilləşdirilib. Layihənin məqsədi region və rayonların ən bacarıqlı müəllimlərini həmin məktəblərdə cəmləşdirərək 10-11-ci sinif şagirdlərinin hazırlığını daha keyfiyyətli şəkildə təmin etməkdir”.

Ucnoqta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, tam orta təhsil modelinin Azərbaycanda tam şəkildə formalaşması üçün bir neçə ilə ehtiyac var:

“Şagirdlər 9-cu sinfə qədər ümumi təhsil aldıqdan sonra təmayül və ixtisas istiqamətləri üzrə təhsillərini tam orta təhsil səviyyəsində davam etdirəcəklər. Bu, ailələr üçün də mühüm dəstək olacaq.Həmin qruplarda dərs deyəcək müəllimlər peşəkarlıq və keyfiyyət göstəricilərinə əsasən seçiləcəklər. Əsas məqsəd 10-11-ci siniflərdə məktəbin şagirdlərin və ailələrin maraqlarını daha yaxşı təmin etməsidir”.

O eyni zamanda vurğulayıb ki, həmin müəllimlər üçün əlavə imtiyazların tətbiqi də nəzərdən keçirilir. Hazırda bu istiqamətdə işlər aparılır və müvafiq qərarlar daha sonra ictimaiyyətə açıqlanacaq.///apa

Xəbər xətti