Bakıda qadın evində ölü tapıldı

17:27 - 12 İyun 2026 - HADİSƏ

Bakıda evdən meyit tapılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Nəsimi rayonu,  L.Tolstoy küçəsində qeydə alınıb. 

Həmin ünvanda yaşayan, 1960-cı il təvəllüdlü Leyla Elşad qızı İbrahimova evində ölü tapılıb.

Onun meyitinin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı Nəsimi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.///lent.az

Xəbər xətti