Livanın cənubundakı Nəbatiyə vilayətində 29 kəndin sakinləri İsrail ordusundan "Hizbullah" hədəflərinə qarşı hava hücumlarının planlaşdırılması səbəbindən dərhal təxliyə olunmaq əmri alıblar.
Ucnoqta.az xəbər verir ki, İDF sözçüsü Aviçay Edri X-də ərəb dilində verdiyi açıqlamada Livan ailələrindən təhlükəli zonanı tərk etməyi və Zəhrani çayının şimal sahilinə köçməyi tələb edib.
"Atəşkəs rejimini pozmağa davam edən "Hizbullah"a qarşı qətiyyətli tədbirlər görməyə məcburuq. Buna görə də, təhlükəsizliyiniz üçün evlərinizi dərhal tərk etməlisiniz" - sözçü qeyd edib.
Edri vurğulayıb ki, "Hizbullah" yaraqlılarının, obyektlərinin və ya hərbi texnikasının yaxınlığında olan hər kəs həyatlarını təhlükəyə atır.