Kubada 5,3 bal gücündə zəlzələ baş verib

00:15 - 16 İyun 2026 - DÜNYA

Kubanın qərbindəki Pinar del Rio əyalətində 5,3 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az bildirir ki, bu barədə Karib Respublikası Milli Seysmoloji Tədqiqatlar Mərkəzi (CENAIS) məlumat verib.

Mərkəzin məlumatına görə, təkanlar yerli vaxtla saat 13:37-də Kuba paytaxtının qərbindəki Pinar del Rio əyalətinin Mantua şəhəri yaxınlığında qeydə alınıb. Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.

Xəbər xətti