ABŞ prezidenti Donald Tramp İsraili Livana qarşı növbəti hücumlardan çəkindirə biləcəyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Axios jurnalistləri ondan Livana qarşı növbəti hücumların qarşısını ala bilib-bilməyəcəyini soruşublar.
"Bəli, edə bilərəm. Bu, təəccüblü deyil: onlar mənə çox hörmət edirlər və dediklərimi edirlər", - deyə o bildirib.
Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu yəhudi dövlətinin "Hizbullah" hərəkatının qoşunlarına qarşı hər hansı hücumuna cavab verəcəyini bildirmiş və İsrail qoşunlarının Livanın cənubundan geri çəkilmək niyyətində olmadığını vurğulamışdı.