Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

16:19 - 16 İyun 2026 - Xəbər

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 17-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq.

Xəbər xətti