Azərbaycanda sümük iliyi donor bankının yaradılmasına ehtiyac var.
Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Soltan Məmmədov parlamentin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, dünyada hökm sürən iqtisadi təlatümlər, gərginliklər və qeyri-müəyyənliklər fonunda Azərbaycan 2025-ci ildə də öz iqtisadi dayanıqlılığını və inkişaf dinamikasını qoruyub saxlayıb.
“Sümük iliyi donor bankının yaradılmasına və bu yolla ölkə daxilində bu əməliyyatların yalnız birinci dərəcəli qohum donorları ilə məhdudlaşdırılmasının aradan qaldırılmasına ehtiyac var”, - deyə o vurğulayıb.
Deputat əlavə edib ki, səhiyyə sahəsində illər ərzində həyata keçirilən dövlət proqramlarının müsbət nəticələrini nəzərə alaraq, irsi və nadir uşaq xəstəliklərinin müalicəsi üçün əlavə maliyyə vəsaitlərinin ayrılması istiqamətində işlərin davam etdirilməsinə ehtiyac var.