Hakim Juan Carlos Peinado İspaniya Baş naziri Pedro Sançezin həyat yoldaşı Begoña Gomez ilə bağlı işdə yeni istintaq xətti açmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Europa Press məlumat yayıb.
O, işin Avropa fondları tərəfindən maliyyələşdirilən bir neçə müqavilədə iddia edilən pozuntular səbəbindən Avropa Birliyinin zərərinə mümkün vəzifə sui-istifadəsi və fırıldaqçılıqla əlaqəli olduğuna inanır.
Lakin hakim hələlik Qomezin işin digər sahələrində məhkəməyə göndərilib-göndərilməməsi ilə bağlı qərarını açıqlamayıb.
15 iyunda o, ilkin dinləmədə iştirak edib. Baş nazirin həyat yoldaşı mənimsəmə, əlaqələrdən sui-istifadə, ticarət nişanlarının mənimsənilməsi və biznes korrupsiyasında şübhəli bilinir.
Europa Press-in məlumatına görə, hakimin Sançezin həyat yoldaşı ilə bağlı istintaqı bir neçə sahədə aparılıb.
Onlardan biri Qomezin əlaqələrindən iş adamı Xuan Karlos Barrabesin xeyrinə istifadə edilməsi iddiası ilə, digəri isə baş nazirin həyat yoldaşının Madrid Komplutense Universitetindəki fəaliyyəti ilə bağlıdır. Peinado həmçinin universitetin şöbəsindən proqram təminatının mənimsənilməsi iddiası ilə, eləcə də Kristina Alvarezin Qomezin müşaviri təyin edilməsi ilə bağlı araşdırma aparıb.