Ucnoqta.az
www.ucnoqta.az

İranla Memorandum sanksiyaların dərhal yumşaldılmasını nəzərdə tutmur - Tramp

16:11 - 17 İyun 2026 tarixində dərc olunub.

ABŞ və İran arasında anlaşma memorandumu ABŞ-ın İslam Respublikasına qarşı sanksiyalarının dərhal yumşaldılmasını nəzərdə tutmur.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Ağ Evin mətbuat xidmətinin məlumatına görə, Amerika liderinin G7 sammitinin keçirildiyi Fransanın Evian şəhərində misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşündən əvvəl Trampdan memorandumda İrana qarşı sanksiyaların dərhal yumşaldılması ilə bağlı müddəaların olub-olmadığı soruşulub.
"Xeyr. Onlar özlərini yaxşı aparmalıdırlar" -ABŞ prezidenti cavab verib. 

Müəllif: Ucnoqta.az redaksiyası