Çində "China ən böyük aviaşirkətin keçmiş rəhbəri həbs edilib

07:16 - 8 May 2026 - DÜNYA

Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu ölkənin ən böyük aviaşirkətlərindən biri olan "China Eastern Airlines" şirkətinin keçmiş rəhbəri Liu Şaoyunqun həbs olunması barədə əmr verib.

Ucnoqta.az xəbər verir ki, prokurorluq açıqlamasında bildirib ki, keçmiş rəhbər rüşvətxorluqda şübhəli bilinir.

Liu Şaoyunq əvvəllər "China Eastern Airlines" və "China Southern Airlines" şirkətlərinin sədri vəzifəsində çalışıb.

O, vəzifəsindən istifadə edərək rüşvət müqabilində başqaları üçün fayda əldə etməyə çalışıb. Prokurorluq bildirib ki, keçmiş aviaşirkət rəhbəri cinayət məsuliyyətinə cəlb olunub.

"China Eastern Airlines" şirkətinin keçmiş rəhbəri 2025-ci ilin iyun ayında istintaqa cəlb edilib.

Xəbər xətti