“Nikosayağı” kimi tanınan bloqçu Nicat Şakirli illər sonra "TikTok" səhifəsində paylaşım edib.
Ucnoqta.az xəbər verir kii, o, “Çukur” serialından Yamaç obrazının təsirli səhnəsini izləyiciləri ilə bölüşüb.
Fonda isə Ahmet Kaya və Selda Bağcanın ifasında “Öyle bir yerdeyim ki” mahnısı səslənib.
2023-ün avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqçuun dostu Ruslan Məmmədov yerindəcə vəfat edib.
N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.
Bloqçu 2024-cü ildə Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma,eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə 5 il azadlıqdan məhrum edilib.
O, keçən ilin sonunda Amnistiya aktına əsasən, əfv olunub.