İsrail ordusu Qəzza zolağından raket hücumu cəhdini aşkar edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.
Məlumata görə, raket Qəzza şəhəri ərazisindən atılıb və bir mərmi İsrail ərazisinə doğru atılıb, lakin sərhədə yaxınlaşmayıb. Hərbçilər həmçinin raketin yerli xəstəxananın yaxınlığındakı Fələstin anklavına düşdüyünü bildiriblər.
Mətbuat xidməti bildirib ki, qısa müddət sonra İsrail ordusu hücumun baş verdiyi yerə zərbə endirib.