Dövlət Vergi Xidmətinin (DVX) Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsində yeni təyinatlar olub.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.
Əmrə əsasən, Fərhad Həsənli Baş İdarənin Məlumatlandırma idarəsinin rəisi vəzifəsinə təyin olunub.
Digər əmrlə Baş İdarənin Sənədlərlə iş və icra intizamına nəzarət şöbəsinin rəisi İmanverdi Abdullayev vəzifəsindən azad olunub. Daha bir əmrlə isə onun yerinə Elmira Əzizova təyin olunub.