Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Kiyevə Ukrayna su elektrik stansiyalarının bərpası üçün 75 milyon avro kredit ayırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat verib.
Kredit AYİB ilə Ukraynanın dövlət şirkəti olan "Ukrhydroenergo" arasında imzalanmış müqavilə çərçivəsində veriləcək.
Kreditdən əlavə, Ukrayna hərbi vəziyyət şəraitində su elektrik stansiyalarının bərpası və dayanıqlı fəaliyyətini dəstəkləmək üçün 20 milyon avro qrant da alacaq.
AYİB-in vəsaiti zədələnmiş avadanlıqların dəyişdirilməsi, ayrı-ayrı su elektrik stansiyalarının modernləşdirilməsi və enerji şəbəkəsinin sabit işləməsini təmin etmək üçün təcili reaksiya mexanizminin yaradılması üçün istifadə olunacaq.