Bakı və Yerevan qarşılıqlı maraq doğuran malların siyahısını müzakirə edirlər - Paşinyan

14:16 - 8 Yanvar 2026 - DÜNYA

Ermənistan və Azərbaycan iki ölkənin almaq və satmaqda maraqlı olduqları malların siyahısını müzakirə edirlər.

Ucnoqta.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu yerli televiziya kanalları tərəfindən yayımlanan brifinqdə açıqlayıb.

"Ermənistan və Azərbaycan almaq və satmaqda maraqlı olduqları malların siyahılarını mübadilə edirlər. Bu proses davam edir və xəbərlər olduqda bu barədə məlumat əldə edəcəksiniz. Belə müzakirələr gedir. Bilirəm ki, ilkin siyahılar mübadilə edilib və hazırda araşdırmalar aparılır", - deyə baş nazir Ermənistana Azərbaycan neft məhsullarının idxalı ilə bağlı razılaşmanın necə əldə edildiyi ilə bağlı suala cavab olaraq bildirib.

Paşinyan qeyd edib ki, hökumət özəl şirkətləri Azərbaycan neft məhsullarını idxal etməyə məcbur etməyib, sadəcə onlara fürsətin mövcud olduğunu bildirib.

Xəbər xətti