Balakənə qatarla gedənlərə şad xəbər

14:19 - 8 Yanvar 2026 - ÖLKƏ İÇİ

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC Bakı–Balakən–Bakı marşrutu üzrə biletlərə 10 % endirim tətbiq edib.

Ucnoqta.az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, qış mövsümündə qüvvədə olacaq yeni tarifə əsasən, həftəiçi Bakıdan Balakənə və əks istiqamətə gediş haqqı 16,2 manatdan başlayır.

Qeyd edək ki, Bakı–Balakən–Bakı istiqaməti üzrə qiymətlər "Standard" sinif üzrə 18 manat, "Standard+" üzrə 27 manat, "Business" sinif üzrə 72 manatdan başlayırdı.

Xəbər xətti