Müğənni Aysun İsmayılova muğam dərsləri alır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Xalq artisti Gülyanaq Məmmədova bildirib.
Sənətçi A.İsmayılovanın bu addımını yüksək qiymətləndirib:
"Mən çox şadam ki, gənclərimiz muğamların sirrini öyrənirlər, dərinliyinə varmağa çalışırlar. Bu gün də Aysun qızıma və müraciət edən muğamı sevən gənclərimizə sevə-sevə aşılıyırıq",- deyə o yazıb.