Ankara yaxınlığında qəzaya uğrayan Liviya hərbçilərindən ibarət nümayəndə heyətini daşıyan şəxsi təyyarənin qara qutuları müayinə üçün Böyük Britaniyaya göndəriləcək.
Ucnoqta.az bildirir ki, bu barədə Türkiyənin nəqliyyat naziri Əbdülqadir Uraloğlu məlumat verib.
"Qəzaya uğrayan təyyarənin kabinəsinin səs yazıcısı və uçuş məlumatları yazıcısı zədələnib. Dünyada bu cür zədələnmiş cihazları yoxlaya biləcək yalnız dörd ölkə var. Müayinə Böyük Britaniyada aparılacaq. Bu, uzun bir prosesdir. Biz öz nümayəndə heyətimizi yaratmışıq və onlar İngiltərəyə gedəcək və prosesi digər tərəflərlə birlikdə izləyəcəklər", - NTV nazirin sözlərini sitat gətirib.
O, izah edib ki, Liviya nümayəndə heyəti və təyyarə istehsalçısının nümayəndələri də Böyük Britaniyaya səfər edəcəklər.