Şəkidə məktəbdəki yanğınla bağlı RƏSMİ AÇIQLAMA

16:05 - 7 Yanvar 2026 - Cəmiyyət

Xəbər verildiyi kimi, Şəki rayonu Köndələn kəndində məktəb binasında yanğın olub. 

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən Ucnoqta.az-a bildirilib ki, hadisə Şəki rayon Köndələn kənd tam orta ümumtəhsil məktəbində, ibtidai siniflərin təhsil aldığı sinif otaqlarının birində qeydə alınıb.

Qeyd olunur ki, yanğın dərs saatlarından sonra baş verib və xəsarət alan olmayıb.

Emin

Xəbər xətti