Amerikalı müğənni Beyons “İlin albomu” kateqoriyasında “Qremmi” qazanıb.
Ucnoqta.az xəbər verir ki, 67-ci Akademiya Mükafatlarının təqdimetmə mərasimi bazar günü axşam CBS kanalı tərəfindən Los-Ancelesdən yayımlanıb.
“Kovboy Karter” albomu üçün mükafat müğənniyə yanvar ayında ərazini bürümüş meşə yanğınlarını söndürən Los-Anceles Yanğınsöndürmə İdarəsi tərəfindən hədiyyə edilib.
Beyons bu il Qremmi mükafatına namizədlərin sayına görə lider olub. Müğənni 11 nominasiya üzrə mükafata namizəd olub.
2024-cü ildə ən yaxşı "İlin albomu" üçün mükafat Teylor Sviftə verilmişdi və mükafatın bütün tarixində bu nominasiyada rekord - dörd qələbə qazanıb.