Türkiyədə yerli vaxtla saat 17:04-də Elazığ şəhərində 5 maqnitudada zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin ocağı 16,22 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı qeydə alınmayıb.