Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə güclü zəlzələ olub

18:50 - 8 Noyabr 2024 tarixində dərc olunub.

Türkiyədə yerli vaxtla saat 17:04-də Elazığ şəhərində 5 maqnitudada zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin ocağı 16,22 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı qeydə alınmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası