Çin ABŞ-dan nüvə silahlarını Avropadan çıxarmağı tələb edir

12:52 - 26 İyul 2024 - DÜNYA

Çin hakimiyyəti ABŞ-ın Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NSYM) pozmasını qəbuledilməz hesab edir və müvafiq Amerika silahlarının Avropa ərazisindən çıxarılmasını tələb edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

O, bildirib ki, ABŞ-ın nüvə silahlarının onlara malik olmayan NATO üzvlərinin ərazisinə yerləşdirilməsi və bu silahların bu dövlətlərin döyüş təyyarələri tərəfindən çatdırılmasına icazə verilməsi müqavilənin açıq şəkildə pozulmasıdır.

Rəsmi nümayəndə nüvə silahının eyni şəkildə Asiya-Sakit okean regionuna daşınmasının qəbuledilməz olduğunu da vurğulayıb.

Mao Ning qeyd etdi ki, ABŞ tərəfindən NSYM-nin pozulması asanlıqla digər ölkələrin belə davranışı kopyalamasına səbəb ola bilər.

"Bu, nüvə silahlarına nəzarət prosesini əhəmiyyətli dərəcədə çətinləşdirəcək və nüvə münaqişəsi riskini artıracaq və qlobal strateji sabitliyi pozacaq" - Mao vurğulayıb.

Xəbər xətti