İsrail ordusu Livandan 30 raket atışını qeydə alıb

15:57 - 16 Oktyabr 2024 - DÜNYA

İsrailin şimal bölgələri Livandan yeni atəşə məruz qalıb

Ucnoqta.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hərbçilər Qaliley bölgələri istiqamətində 30-a yaxın raketin buraxılmasını qeydə alıblar.

“Mərmilərin əksəriyyətinin yerə düşdüyü qeydə alınıb”, - deyə ordu bildirib.

Xəbər xətti