Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi

23:24 - 16 Oktyabr 2024 - Cəmiyyət

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsinə daha bir ağır itki üz verib.

Ucnoqta.az xəbər verir ki, şəhidin qardaşı, 1987-ci il təvəllüdlü Elnur Əkbərov dünyasını dəyişib.

Belə ki, bu gün axşam saatlarında qəfildən halı pisləşən E.Əkbərov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, 38 yaşlı şəhid qardaşı ürəktutmadan vəfat edib.

Mərhum bu gün rəhmətə gedən, həmyerlisi Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun dəfn mərasimində olub.

Vətən Müharibəsi Qəhrəmanı O.Əkbərovun digər qardaşı Taleh Əkbərov isə bu ilin mayında dünyasını dəyişmişdi.///qafqazinfo

Xəbər xətti