Bayden Netanyahunu təbrik edib

00:12 - 18 Oktyabr 2024 - DÜNYA

ABŞ prezidenti Co Bayden təyyarəsindən İsrailin baş naziri Binyamin Netanyahuya zəng edərək onu radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın ləğv edilməsi münasibətilə təbrik edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.

Ofisdən bildirilib ki, Netanyahu və Bayden radikallar tərəfindən Qəzza zolağında saxlanılan girovların azad edilməsini sürətləndirmək üçün bir fürsətin olduğu və bu məqsədə çatmaq üçün birgə işləmək barədə razılığa gəliblər.

Xəbər xətti