Qriqorçuk "Neftçi"dən getməsinin səbəbini AÇIQLADI

13:09 - 16 Oktyabr 2024 - İDMAN

Roman Qriqorçuk ilk dəfə olaraq “Neftçi”dən gedişini şərh edib.

Ucnoqta.az Futbolxeber.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis Azərbaycana yollanarkən qarşısına böyük hədəflər qoyduğunu bildirib: “Mən “Neftçi” rəhbərliyinə təşəkkürümü bildirirəm. Azərbaycana gedərkən məqsədim “Neftçi”ni çempion etmək və Çempionlar Liqasında oynamaq idi. Məhz bunun üçün ora yollanmışdım. Lakin 9 turdan sonra “Neftçi” bir oyunda belə qələbə qazanmadı. Belə vəziyyətdə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verməli olduq. 9 turdakı nəticələrdən sonra başqa bir variant bilməzdi. Artıq Ukraynada, evimdəyəm. “Neftçi”yə isə hər şeyin ən yaxşısı və qarşıya qoyulan hədəflərə çatmağı arzulayıram”.

"Футбол 2.0" yutub kanalına danışan R.Qriqorçuk gələcək planlarından da söz açıb: “Prioritet olaraq Ukraynada qalmaq istəyirəm. Buna qədər də eyni fikirdə idim. Sadəcə Azərbaycana səfər istisna oldu. Əslində, bu, əvvəldən planlaşdırılmamışdı. Anidən “Neftçi” variantı yarandı. İdeyalarımı, layihələrimi reallaşdırmaq istəyirəm”.

Xatırladaq ki, ilk dövrədə “Neftçi” Qriqorçukun rəhbərliyi altında 9 oyunda qələbə qazana bilməyib. Bu səbəbdən də klub rəhbərliyi ukraynalı mütəxəssislə yollarını ayırıb. Qriqorçuku baş məşqçi postunda Samir Abasov əvəzləyib.

Xəbər xətti