Yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı 140-ı ötüb

18:46 - 16 Oktyabr 2024 - DÜNYA

Nigeriyada yanacaq daşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı 140-ı ötüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi Nigeriyanın xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

Bundan əvvəl 94 nəfərin öldüyü və 50-yə yaxın yaralının olduğu bildirilirdi.

Hadisə ölkənin şimalındakı Ciqava ştatında baş verib. Yanacaq daşıyan maşının sürücüsü idarəetməni itirib, avtomobil qəzaya düşüb və partlayıb. Yanacaq almaq üçün yolun kənarına toplaşan insanlar ölüb.

Xəbər xətti