Çində baş verən zəlzələ Qırğızıstanda da hiss olunub

08:00 - 17 Oktyabr 2024 - DÜNYA

Qırğızıstanın İssık-Kul vilayətinin sakinləri qonşu Çində baş verən yeraltı təkanları hiss ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb.

“Qırğızıstan Respublikasının yaşayış məntəqələrində zəlzələnin intensivliyi:

Bedel, Yştik, Kara-Sai kəndlərində - 4 bal, Kumtor mədənində - təxminən 3 bal, olub" - institutun saytında deyilir.

Xəbər xətti