ABŞ Ukraynaya növbəti hərbi yardım paketini sabah açıqlayacaq

20:33 - 16 Oktyabr 2024 - DÜNYA

ABŞ administrasiyası çərşənbə günü Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacaq.

Ucnoqta.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

O, bildirib ki, ABŞ prezidenti Co Baydenin ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı planlaşdırılır. 

Jan-Pyer əlavə edib ki, oktyabrda Almaniyanın Ramşteyn aviabazasında baş tutmalı olan dövlət və hökumət başçıları səviyyəsində Kiyevə silah tədarükünün koordinasiyası üzrə təmas qrupunun iclası noyabrda keçiriləcək.

Xəbər xətti