Ukrayna ordusunun itkiləri açıqlanıb - SİYAHI

13:23 - 17 Oktyabr 2024 - DÜNYA

Rusiya hava hücumundan müdafiə sistemləri son sutkada 5 HIMARS MLRS mərmisini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin 43 pilotsuz təyyarəsini vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ümumilikdə, xüsusi əməliyyat başlayandan Müdafiə Nazirliyi əlavə edib ki, 646 təyyarə, 283 helikopter, 33 747 pilotsuz uçuş aparatı, 582 zenit-raket kompleksi, 18 634 tank və digər zirehli döyüş texnikası, 1472 reaktiv yaylım atəşi sistemi sistemləri, 16 304 səhra artilleriya qurğusu və minaatan, 27 313 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.

Xəbər xətti