Saatlıda 19 yaşlı gənc çayda çimərkən boğulub

19:14 - 18 İyun 2024 - ÖLKƏ İÇİ

Saatlıda 19 yaşlı gənc çayda çimərkən boğulub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Araz çayının rayonun Seyidlər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Amin Seymur oğlu Araz çayında çimərkən batıb.

Yaxınları tərəfindən aparılan axtarışlar zamanı onun meyiti batdığı yerin yanında aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti