Yaponiyada Atom Elektrik Stansiyasında yanğın olub

11:17 - 1 May 2024 - DÜNYA

Yaponiyanın eyniadlı prefekturasındakı Şimane atom elektrik stansiyasının ikinci reaktorunun turbin otağında kiçik yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə stansiyanın operatoru Çuqoku Elektrik Enerjisi və Şimane prefekturasının administrasiyası məlumat verib.

Qeyd edildiyi kimi, hadisənin ətraf mühitə təsiri olmayıb və heç kim xəsarət almayıb.

Operator şirkəti tərəfindən yayımlanan fotoşəkillərdə sol tərəfi ərimiş naqillərin birləşmə qutusu göstərilir. Hadisənin səbəbləri hələlik məlum deyil.

Xəbər xətti