"Azərsu" rəsmisindən abonentlərə müraciət etdi

18:52 - 21 May 2024 - Xəbər

Son vaxtlar istifadə etdikləri suyun pulunu vaxtında ödəməyən abonentlərin su təchizatı qeyd-şərtsiz dayandırırlır. Su təchizatı dayandırılmış abonentlərin bir qismi qısa müddət ərazidnə borclarını tam bağlasalar da, onların bəziləri su təchizatının təkrar bərpasının uzun vaxt apardığını bildirilər: “Su xətti kəsiləndən dərhal sonra borcu ödəyirik, amma suyumuzu gec bərpa edirlər. “Azərsu” ASC-yə, yerli su idarələrinə dəfələrlə müraciət etdikdən sonra şəbəkədən ayrılmış xətti yerinə qoşurlar. Bu müddət, hətta bir sutka və daha da çox çəkir” deyə abonentlər bildirir.  

Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı Suinfo.az-a danışan “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi debitor borcların ödənilməsi istiqamətində nəzarət tədbirlərini gücləndirib:

“Təəssüflər olsun ki, abonentlərin bir qismi su pulunu vaxtında ödəməkdə maraqlı deyillər. Belə problem ən çox kirayəyə verilən mənzillərdə və ya sayğacları mənzilin daxilində yerləşən evlərdə müşahidə olunur. Həmin evlərin sahibləri, eləcə də kirayənişinlər o zaman borcunu ödəyirlər ki, su xətləri şəbəkədən ayrılır. Su problemi ilə üzləşənlər tez bir zamanda borclarını ödəyirlər. Halbuki onlar bildirişlərin təqdim olunmasına baxmayaraq, aylardır 1 manat pul ödəməkdə maraqlı deyildilər. Şəxsən mənə də dəfələrlə bu məsələyə görə müraciət olunur. Tanıdığım, tanımadığım insanlar, jurnalist həmkarlarımdan belə müraciətlər gəlir ki, su pulunu ödəmişik, lakin suyumuz hələ də bərpa olunmayıb, xahiş edirlər dəstək olaq. Həmin abonentlərimizdən xahiş edirik ki, istifadə etdikləri suyun pulunu su təchizatı dayandıqdan sonra yox, bildiriş aldıqdan dərhal sonra, uzağı 5-10 gün sonra ödəsinlər. Su xətlərinin bərpası ilə qəza briqadaları məşğul olurlar və ilk növbədə şəbəkədəki qəzalar aradan qalıdırılır. Buna görə də bəzən su təchizatının yenidən bərpası müəyyən vaxt aparır. 

Suyun kəsilməsi və yenidən bərpası insanları susuz qoymaqla yanaşı, bizim də işimizi çətinləşdirir. Su təchizatının təkrar bərpa olunması vaxt itkisinə və əlavə xərclərə səbəb olur. Qəza briqadalarımız belə məsələlərlə məşğul olduğu vaxtı daha faydalı işlərə yönəldə bilərlər. Yəni bu müddətdə baş vermiş qəzaları vaxtında aradan qaldırmaqla su itkilərinin qarşısını ala bilər və ya yeni xətlərin çəkilişi ilə məşğul olarlar”.  

Anar Cəbrayıllı onu da vurğulayıb ki, borcu olan abonentlər sularının kəsilməsini istəmirlərsə, hökmən yerli sukanal idarələrinə müraciət edərək, razılaşma protokolu imzalasınlar: Razılaşma protokolu imzalandıqda vətəndaşlar yığılan borcu 3, 5, 8, hətta 12 aya da hissə-hissə ödəmək öhdəlikləri götürür və bü müddətdə onların suyu dayandırlımr.

Xəbər xətti