PKK-nın xüsusi təyinatlı qrup komandiri ələ keçirilib

21:36 - 21 May 2024 - DÜNYA

PKK-nın sözdə xüsusi təyinatlı qrup komandiri ələ keçirilib

Ucnoqta.az xəbər verir ki, Manisa İl Təhlükəsizlik Müdirliyi qrupları tərəfindən həyata keçirilən əməliyyatda terror təşkilatı PKK-nın sözdə xüsusi təyinatlı qrup komandiri hesab edilən 1 nəfər yaxalanıb.

Manisa İl Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsi tərəfindən PKK/KCK-PYD/YPG terror təşkilatının fəaliyyətinin aşkarlanması və deşifrə edilməsi istiqamətində aparılan işlər nəticəsində F.E.H adlı sözdə xüsusi təyinatlı qüvvələr qrupunun komandiri kimi fəaliyyət göstərdiyi aşkarlanıb,  əməliyyat zamanı yaxalanıb.  O, həbs olunaraq həbsxanaya göndərilib.

Xəbər xətti