Aeroporta işləyən avtobusların qrafikində dəyişiklik edilib

13:30 - 21 May 2024 - Xəbər

Bu gündən etibarən hava limanı ekspress marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edilib.

Ucnoqta.az bu barədə "BakuBus" MMC-yə istinadən xəbər verir.

"Sizə daha keyfiyyətli və operativ xidmət göstərmək məqsədilə ekspress avtobuslarının intervalı 30 dəqiqədən 25 dəqiqəyə endirilib, müvafiq olaraq bu marşrut xətti üzrə hərəkət edən avtobusların sayı artırılıb", - deyə məlumatda qeyd olunub.

Xəbər xətti