Yaponiya hər 14 saniyədən bir kiberhücumlara məruz qalır

13:41 - 21 May 2024 - DÜNYA

Yaponiyaya bu və ya digər formada kiberhücumlar hər 14 saniyədən bir baş verir.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin iqtisadi təhlükəsizlik naziri Sanae Takaiçi müsahibəsində danışıb.

Takaiçi nin sözlərinə görə, keçən il hər 14 saniyədən bir ölkədəki hər hansı bir IP ünvanına ən azı bir hücum olub.

"10 il əvvəl bu rəqəm "hər 8,3 dəqiqədə bir hücum" səviyyəsində idi".

Nazir ölkənin kibertəhlükəsizlik səviyyəsinin sürətlə və əhəmiyyətli dərəcədə artırılmasının vacibliyini vurğulayıb. Takaiçi əsas infrastruktura, mülki aviasiyaya və tibb müəssisələrinə mövcud olan kiberhücum təhlükəsindən xüsusi narahatlığını ifadə edib.///tass

Xəbər xətti