Ukraynaya məxsus 45 pilotsuz təyyarə vurulub

14:39 - 21 May 2024 - DÜNYA

Rusiya hava hücumundan müdafiə qüvvələri son sutka ərzində Ukraynaya məxsus 45 pilotsuz uçan aparatı, 2 ATACMS raketi, 8 SCALP-EG raketi, 5 Hammer bombası, 4 HARM raketi, həmçinin Ukrayna Silahlı Qüvvələrinə məxsus 8 HIMARS və Alder MLRS mərmisini vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Gün ərzində hava hücumundan müdafiə sistemləri 45 pilotsuz uçuş aparatını, ABŞ istehsalı olan 2 ATACMS taktiki raketini, Fransa istehsalı olan 8 ədəd SCALP-EG qanadlı raketini, Fransa istehsalı olan 5 “Hammer” idarəolunan bombanı, 4 ədəd HARM əleyhinə raketi, ABŞ istehsalı olan 8 reaktiv HIMARS və Alder mərmilərini vurub”, - Müdafiə Nazirliyindən bildirilib.

Xəbər xətti