Qəzzada həlak olanların sayı 35,6 mini keçib

17:09 - 21 May 2024 - DÜNYA

Ötən il oktyabrın əvvəlindən İsrail qüvvələrinin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 35,6 mindən çox fələstinli həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu məlumatı Fələstinin Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, İsrail ordusunun Qəzzada əməliyyata başladığı vaxtdan 35 647 nəfər həlak olub. Bildirilir ki, 79 852 nəfər xəsarət alıb.

Son 24 saat ərzində İsrail qüvvələrinin sektorda keçirdiyi əməliyyatlar nəticəsində 85 nəfər həlak olub, 200 nəfər yaralanıb.

Xəbər xətti