Zaqatalada məktəbi və uşaq bağçasını su basdı - dərslər dayandırıldı

13:19 - 21 May 2024 - ÖLKƏ İÇİ

Ötən gecə aramsız yağan yağış nəticəsində Zaqatala rayonunun Tala kəndi ərazisindən keçən Qaraçay öz məcrasından çıxıb. Bunun nəticəsində, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Zaqatala rayon Abdurahman Qurbanov adına Üçüncü Tala kənd tam orta məktəbi və Üçüncü Tala kənd körpələr evi-uşaq bağçasının həyətini su basıb.

Bu barədə Ucnoqta.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsinndən bildirilib. Məlumata görə, su basmasının yaratdığı vəziyyət səbəbindən, qeyd olunan təhsil müəssisələrində 1 günlük tədris prosesi dayandırılıb.

Bu müddət ərzində məktəbin və bağçanın zərər görmüş həyatyanı sahələrindən suyun çəkilməsi və yaranmış ziyanın aradan qaldırılması işlərinə başlanılıb. Təhsil müəssisələrinin normal fəaliyyətinin bərpası üçün bütün resurslar səfərbər olunub və sabah tədris prosesinin yenidən davam etdirilməsi nəzərdə tutulur.

Xəbər xətti