Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.
Bununla bağlı deputatlar arasında imza toplanılmasına başlanılıb.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır.
Milli Məclisin sədri 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır./Apa
Qeyd edək ki, növbədənkənar sessiyada hansı məsələlərin müzakirə olunacağına dair hələlik heç bir açıqlama verilməyib.
Yenisabah.az-ın əldə etdiyi məlumata görə, sessiyada Milli Məclisin indiki tərkibinin özünü buraxması barədə qərar qəbul edilə bilər.