Əlcəzairli boksçu İman Xelif 2028-ci il Yay Olimpiya Oyunlarında iştirak etmək üçün lazımi prosedurlardan keçmək niyyətində olduğunu açıqlayıb.
Ucnoqta.az bildirir ki, bu barədə Reuters xəbər verir.
"Əlbəttə ki, yarışmaq üçün nə lazımdırsa etməyə hazıram. Mən transgender deyiləm, amma qadınam. Həyatımı yaşamaq istəyirəm. Xahiş edirəm, məni siyasi məqsədlər üçün istifadə etməyin", - Xelif bildirib.
Xelif 2023-cü ildə Hindistanda keçirilən Beynəlxalq Boks Assosiasiyasının (IBA) Dünya Çempionatında gender testindən keçə bilməyib.
Tayvanlı Lin Yutinq də həmin çempionatlarda oxşar testdən keçə bilmədi. Daha sonra Beynəlxalq Olimpiya Komitəsi hər iki idmançının 2024-cü il Yay Olimpiya Oyunlarında iştirakını təsdiqlədi. Xelif 66 kq çəki dərəcəsində qızıl medal qazandı.